Azərbaycanda qida rasionuna yerli bal daxil ediləcək

Azərbaycanda qida rasionuna yerli bal daxil ediləcək Azərbaycanda ildə təxminən 2 min ton bal istehsal olunur
ASK
110
4 Fevral , 2017 16:28
Azərbaycanda qida rasionuna yerli bal daxil ediləcək

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanda qida rasionunun zənginləşdirilməsi planlaşdırılır. Belə ki, yaxın illərdə ölkədə qida rasionuna yerli bal və bal məhsullarının salınması nəzərdə tutulub. Bunu "Report"a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, ölkə daxilində istehsal edilən balın geniş miqyasda istehlakı nəticəsində balın daxili bazara, dövlət müəssisələrinə verilməsi daha asanlaşacaq.

B.Həsrətov qeyd edib ki, hazırda Azərbaycan bazarının 50%-i yerli bal məhsulları ilə təmin edilir. Qalan həcm isə xarici ölkələrdən reallaşan idxal sayəsində təchiz edilir: "Bu göstərici ölkənin təbii iqlimi və təbiətini nəzərə aldıqda, əlbəttə ki, arzu olunan əmsal deyil. Bu sahəni inkişaf etdirmək və irəli aparmaq lazımdır".

Qeyd edək ki, bu gün Azərbaycanda 250 min arı ailəsi yaşayır. Aparılan elmi tədqiqatlar göstərir ki, ölkədə yaşayan məhsuldar arı ailələrinin sayı 600 mini ötə bilər. Respublikada ildə təxminən 2 min ton bal istehsal olunur.

Son xəbərlər

Orphus sistemi