Azərbaycanda qarayara xəstəliyinə qarşı aparılan peyvəndləmələr başa çatıb

Azərbaycanda qarayara xəstəliyinə qarşı aparılan peyvəndləmələr başa çatıb Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda qarayara xəstəliyinə qarşı 2 551 996 baş iribuynuzlu, 7 353 609 baş xırdabuynuzlu, 88 087 baş təkdırnaqlı, 6 995 baş donuz və 105 baş dəvə peyvənd olunub.
ASK
14 İyun , 2018 11:31
Azərbaycanda qarayara xəstəliyinə qarşı aparılan peyvəndləmələr başa çatıb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda qarayara xəstəliyinə qarşı 2 551 996 baş iribuynuzlu, 7 353 609 baş xırdabuynuzlu, 88 087 baş təkdırnaqlı, 6 995 baş donuz və 105 baş dəvə peyvənd olunub. 

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib. 

Məlumatda həmçinin deyilir ki, ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna) başa çatıb. Cavan heyvanlarda peyvəndləmə isə bu ilin III rübündə aparılacaq.

"Respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir", -  məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi