Bakı. 23 yanvar. REPORT.AZ/ "Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə qadınlar üçün kiçik emal sexlərinin yaradılması təklif edilir”.
Bunu “Report”a açıqlamasında Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva bildirib.
"Hazırda İmişli və Biləsuvar rayonlarında 20 000-dən çox əhali yaşayır. Onların 3 800-ü qadındır. Məqsədimiz bu qadınların təsərrüfatlarının inkişaf etdirilməsidir. Bunu nəzərə alaraq kiçik emal sexlərinin yaradılması ilə bağlı təkliflər hazırlamışıq. 11 layihə üçün 24 min manatdan 1 mln. manata qədər kreditin ayrılması planlaşdırılır", - deyə o qeyd edib.