Azərbaycanda pambıqçılıqda yüksək və aşağı məhsuldarlığın olduğu rayonların adları açıqlanıb

Azərbaycanda pambıqçılıqda yüksək və aşağı məhsuldarlığın olduğu rayonların adları açıqlanıb Bu barədə Prezident İlham Əliyev Bərdədə məlumat verib
ASK
26 Mart , 2018 17:09
Azərbaycanda pambıqçılıqda yüksək və aşağı məhsuldarlığın olduğu rayonların adları açıqlanıb

Bakı. 26 mart. REPORT.AZ/ “Azərbaycanda pambıqçılıqda məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Bu sahənin inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bərdədəki Mədəniyyət Mərkəzində keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

“Keçən il orta məhsuldarlıq 15,2 sentner olub. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, biz keçən il 270 min ton pambıq götürə bilərdik”, - dövlət başçısı qeyd edib.

O, həmçinin pambıqçılıqda yüksək məhsuldarlığa nail olmuş rayonların adları açıqlayıb: “Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner. Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olub. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur”. 

Son xəbərlər

Orphus sistemi