Azərbaycanda pambıq yığımına başlanılıb

Azərbaycanda pambıq yığımına başlanılıb Azərbaycanda pambıq əkilmiş rayonlar arasında ilk dəfə Kürdəmirdə məhsul yığımına başlanılıb.
ASK
7 Sentyabr , 2021 18:17
Azərbaycanda pambıq yığımına başlanılıb

Azərbaycanda pambıq əkilmiş rayonlar arasında ilk dəfə Kürdəmirdə məhsul yığımına başlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu il rayonda 2 500 hektar ərazidə pambıq əkilib.

Mütəxəssislər sahələrdəki vəziyyəti qənaətbəxş hesab edirlər.

“P - AQRO” MMC-nin direktoru Qalası Məmmədov “Report”a bildirib ki, ilkin mərhələdə yığımda istifadə ediləcək 10-dan çox kombayn işlək vəziyyətdə fermerlərin istifadəsinə verilib: “Bundan əlavə məhsulu daşımaq üçün 30-dan çox traktor qoşqusu da əraziyə cəlb edilib. Texnika cəhətdən heç bir problem olmayacaq. Əgər yığım zamanı hər hansı problem yaranarsa məhsula heç bir ziyan dəymədən aradan qaldırılacaq”.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) sektor müdiri Qorxmaz Şükürovun sözlərinə görə, pambığın alış qiymətinin hər tona görə 50 manat artırılması fermerləri daha da ruhlandırıb: “Məhsulun əksər hissəsi texnika vasitəsilə yığılacaq. Bu da öz növbəsində vaxt itkisinin və israfın qarşısını alacaq. Ötən il hər hektardan 33 sentner məhsul yığıldığı halda, bu il hər hektardan 34-35 sentner məhsul yığılacağı gözlənilir”.

Hava şəraiti yaxşı keçsə, pambığ yığımı bir aya başa çatacaq.

Son xəbərlər

Orphus sistemi