Azərbaycanda ötən il 679 ton balıq ovlanıb

Azərbaycanda ötən il 679 ton balıq ovlanıb Bu, ayrılan kvotanın 86%-nə bərabərdir
ASK
10 Fevral , 2017 15:26
Azərbaycanda ötən il 679 ton balıq ovlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2016-cı ildə 155 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 793,5 ton kvotaya qarşı 678,9 ton balıq ovlanıb. 

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə kvota üzrə balıq ovu 20% artıb. Ovlanmış balığın 315,6 tonu kilkə, 92,5 tonu kütüm, 86,1 tonu siyənək, 67,7 tonu kefal, 49,9 tonu külmə, 27,3 tonu çapaq, 19,0 tonu çəki, 20,8 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 32,5 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi