Azərbaycanda ötən il 1000 hektardan çox torpağın təyinatı dəyişdirilib

Azərbaycanda ötən il 1000 hektardan çox torpağın təyinatı dəyişdirilib 2020-ci ildə Azərbaycanda 43,6 min hektar torpaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 199 müraciət daxil olub
ASK
10 Mart , 2021 11:11
Azərbaycanda ötən il 1000 hektardan çox torpağın təyinatı dəyişdirilib

2020-ci ildə Azərbaycanda 43,6 min hektar torpaq sahəsinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 199 müraciət daxil olub.

“Report” xəbər veir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti bağlı hesabatında bildirilir.

Sənədə əsasən, Nazirlər Kabinetinin sərəncamları ilə 14 müraciət üzrə 962,8 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilib.

Dövlət Xidməti kateqoriyasının dəyişdirilməsi məqsədə uyğun sayılmayan 9 min hektar torpaq sahəsi üzrə 58 müraciətə imtina verib. Eyni zamanda, hesabat ili ərzində əvvəlki illərdə daxil olmuş 4 müraciət üzrə 116,8 hektar torpaq sahəsinin kateqoriyası müvafiq qaydada dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi