Azərbaycanda mövsümi mineral gübrələrin yenidən güzəştli şərtlərlə səyyar satışına başlanılır

Azərbaycanda mövsümi mineral gübrələrin yenidən güzəştli şərtlərlə səyyar satışına başlanılır Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusilə ammofos və nitroammofoska gübrəsinin yenidən güzəştli şərtlərlə səyyar satışına başlayır.
ASK
7 Sentyabr , 2019 15:50
Azərbaycanda mövsümi mineral gübrələrin yenidən güzəştli şərtlərlə səyyar satışına başlanılır

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusilə ammofos və nitroammofoska gübrəsinin yenidən güzəştli şərtlərlə səyyar satışına başlayır.

"Report" xəbər verir ki, bu barədə nazirliyin fermerlərə müraciətində bildirilir. 

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərindən start verilib.

Mövsüm qabağı əhalinin şumaltı gübrələrə olan tələbatının təmin olunması ilə əlaqədar, ilk səyyar satış sentyabrın 10-da Şəmkir rayonunun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Qeyd edək ki, “Aqrolizinq” ASC tərəfindən bu kimi səyyar satışlar 2018-ci il fevral – 2019-cu il aprel ayına kimi azot gübrəsinin müvsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar.

Son xəbərlər

Orphus sistemi