Yuxarı

Azərbaycanda meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Görüşdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanları araşdırılacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyində meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələriylə keçirilən görüşdə dövlət başçısı tərəfindən ölkədə yerli xammal hesabına istehsalın, o cümlədən meyvə-tərəvəz məhsullarının emalı sahəsinin inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin istifadəyə verildiyi bildirilib.

Bununla yanaşı, görüşdə meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin ixrac potensialının daha da artırılması üçün dəstək mexanizmlərinin gücləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin nümayəndələri rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə istifadə olunan taralar, yüksək təzyiqə davamlı metal qapaqların yerli istehsalının dəstəklənməsi, onların istehsalı üçün tələb olunan xammal və komponentlərin idxalına güzəştlərin tətbiqi barədə təkliflər səsləndiriblər.

Görüşdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanlarının araşdırılacağı iştirakçıların diqqətinə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi