Azərbaycanda kənd təsərrüfatının məhsullarının istehsalı 2,6% artıb

Azərbaycanda kənd təsərrüfatının məhsullarının istehsalı 2,6% artıb Eyni zamanda, heyvandarlıq məhsulları istehsalı 2,8%, bitkiçilik isə 2,5% yüksəlib
ASK
24 Yanvar , 2017 10:03
Azərbaycanda kənd təsərrüfatının məhsullarının istehsalı  2,6% artıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatı sahəsində bitkiçilik məhsullarının yığımı başa çatıb. Nəticədə, 2016-cı ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən toplam 3 065,1 min ton məhsul götürülüb. Bu, 2015-ci illə müqayisədə 2,2% (65,7 min ton) çoxdur. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, hesabat ilində 902,4 min ton (əvvəlki ilə nisbətən 7,5% çox) kartof, 1 269,3 min ton (0,5% az) tərəvəz, 464,6 min ton (4,1% az) bostan məhsulları, 883,7 min ton (0,5% az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4% az) üzüm, 1 015,7 ton (75,4% çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7% çox) şəkər çuğunduru, 17,1 min ton (9,3% az) dən üçün günəbaxan, 3 598,2 ton (3,8% çox) tütün yarpağı yığılıb.

Dekabr ayının 26-na sahələrdən 87,2 min ton (2,5 dəfə çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.

Ötən il 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6% çox diri çəkidə ət, 2 009,9 min ton (4,4% çox) süd, 1 609,8 mln. ədəd (3,7% çox) yumurta, 16,7 min ton (2,1% az) yun istehsal olunub.

Əvvəlki illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,6%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8%, bitkiçilik məhsulları istehsalı isə 2,5% artıb.

Son xəbərlər

Orphus sistemi