Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda kənd təsərrüfatının inkişafına dair Tədbirlər Planı hökumətə təqdim olunub

    Yaxın vaxtlarda bununla bağlı qərarın qəbul ediləcəyi gözlənilir

    Bakı. 6 mart. REPORT. AZ/ Azərbaycanda kənd təsərrüfatı sahəsinin hərtərəfli inkişaf etdirilməsi, yüksək keyfiyyətli məhsulların istehsalı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının daha da artırılması və digər bir sıra mühüm məsələləri nəzərdə tutan Təbirlər Planı artıq hazırdır. Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib.

    Q.Əbdüləliyev deyib ki, ölkədə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafını nəzərdə tutan Tədbirlər Planı hazırlanaraq hökumətə təqdim edilib.

    "Yaxın vaxtlarda hökumət tərəfindən Tədbirlər Planı layihəsinin təsdiq edilməsi gözlənilir. Bundan sonra bu il üçün əsas hədəflər müəyyən ediləcək", - deyə şöbə müdiri bildirib.

    Qeyd edək ki, 2015-ci il Azərbaycanda "Kənd Təsərrüfatı İli" elan edilib. Bu qərarın əsas məqsədi kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etməkdən ibarətdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi