Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarının təyinatının dəyişdirilməsi təklif olunur

Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarının təyinatının dəyişdirilməsi təklif olunur Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarından çox vaxt təyinatı üzrə istifadə olunmur.
ASK
11 İyun , 2024 12:09
Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarının təyinatının dəyişdirilməsi təklif olunur

Azərbaycanda kənd təsərrüfatı təyinatlı pay torpaqlarından çox vaxt təyinatı üzrə istifadə olunmur.

"Report"un məlumatına görə, bunu deputat İqbal Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu torpaqların təyinatının dəyişdirilməsi üçün qanun qəbul edilməli, kənd təsərrüfatı təyinatlı pay torpaqları inventarizasiya olunmalıdır: "Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inventarizasiya həyata keçirsin. Bildiyimiz kimi 90-cı illərdə pay torpaları verildikdən sonra insanların çoxu bu torpaqlarda ev tikib. Artıq uzun müddət keçib və insanları evlərindən çıxarmaq da olmur", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi