Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% artıb Artım bitkiçilik məhsullarında 28,8%, heyvandarlıq məhsullarında 2,8% olub
ASK
16 Mart , 2017 18:37
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda diri çəkidə 75,6 min ton ət, 296,5 min ton süd, 278,8 milyon ədəd yumurta, 8,4 min ton tərəvəz istehsal olunub.

"Report" Dövlət Statikstika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1%, süd istehsalı 2,2%, yumurta istehsalı 2,9%, tərəvəz istehsalı isə 2 dəfə artıb.

Rəsmi statistikaya görə, kənd təsərrüfatının ümumi məhsulu 3,2%, o cümlədən bitkiçilik məhsulları istehsalı 28,8%, heyvandarlıq məhsulları istehsalı 2,8% artıb.

Azərbaycanda mart ayının 1-nə kimi 32,5 min ha sahədə yazlıq bitkilər, o cümlədən 1,7 min ha sahədə dənli və dənli paxlalılar, 8,9 min ha sahədə kartof, 6,4 min ha sahədə tərəvəz, 0,1 min ha sahədə şəkər çuğunduru, 15,4 min ha sahədə çoxillik otlar əkilib.

Azərbaycanda kənd təsərrüfatında bitkiçilik məhsullarının əkininə başlanıb.

Son xəbərlər

Orphus sistemi