Yuxarı

​Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,7% bahalaşıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində dəyişikliklər müşahidə olunmayıb.

Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.

Birillik bitkilərdən xiyarın, pomidorun, quru otun, soğanın, kartofun, ağ turpun, sarımsağın istehsalçı qiymətləri bahalaşmış, kələmin, balqabağın, yerkökünün istehsalçı qiymətləri ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində çoxillik bitkilərdən əzgilin, xurmanın, heyvanın, narın istehsalçı qiymətləri ucuzlaşıb, fındığın və qozun istehsalçı qiymətləri bahalaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi