Azərbaycanda ​kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5% artıb

Azərbaycanda ​kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5% artıb Dekabrda pomidor ucuzlaşıb, kartof isə bahalaşıb
ASK
13 Yanvar , 2015 15:23
Azərbaycanda ​kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5% artıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən ilin dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5%, o cümlədən birillik və çoxillik bitkilərin müvafiq olaraq 1,5% və 4,9%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8% artıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Birillik bitkilərdən pomidorun istehsalçı qiyməti 11,1% düşüb, buğda 6,4%, arpa 3,1%, lobya dəni 8,1%, şəkər çuğunduru 20,1%, kələm 3,1%, kartof isə 0,6% bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 14,7%, feyxoanın 2,5%, əzgilin 11,5%, limonun 6,7%, naringinin 12,7%, heyvanın 32,9%, almanın 2,4%, armudun 7,5%, şabalıdın 7,1%, fındığın 4,6%, qozun istehsalçı qiyməti 2,9% artıb, portağalın istehsalçı qiyməti isə 5,0% enib.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti müvafiq olaraq 2,6% və 0,7% azalıb, süd 0,8%, diri qoyun və keçilər 0,3%, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 1,0%, qoyun əti (diri çəkidə) 0,1%, yumurta isə 14,4% bahalaşıb.

Son xəbərlər

Orphus sistemi