Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım 2% olub
ASK
16 İyun , 2017 19:10
Azərbaycanda kənd təsərrüfatı istehsalı artıb
Report

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 532,6 mln. manat təşkil edib. Onun da 1 365,4 mln. manatı heyvandarlıq, 167,2 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

Bu barədə Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda bildirilib.

"Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,0%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3%, bitkiçilik məhsulları üzrə isə 0,1% artıb",-  komitənin məlumatında qeyd edilib.

Bundan başqa, respublikada yaz-tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-dək 435,7 min ha sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 67,6 min ha sahədə dənli və dənli paxlalı bitkilər (ondan 32,3 min ha dən üçün qarğıdalı), 58,7 min ha sahədə kartof, 64,2 min ha sahədə tərəvəz, 22,2 min ha sahədə bostan bitkiləri, 134,6 min ha sahədə pambıq, 13,8 min ha sahədə şəkər çuğunduru, 12,7 min ha sahədə dən üçün günəbaxan, 3,2 min ha sahədə tütün, 49,5 min ha sahədə çoxillik otlar, 2,2 min ha sahədə birillik otlar və 7,0 min ha sahədə sair yazlıq bitkilər əkilib.

Yaz-tarla işləri ilə yanaşı artıq kənd təsərrüfatı məhsullarının yığımına da başlanıb. İyun ayının 1-nə kimi tarlalardan 81,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 46,1% çox kartof, 107,2 min ton (6,6% çox) tərəvəz, 11,2 min ton (1,4% az) meyvə və giləmeyvə, 312,6 ton (22,7% az) yaşıl çay yarpağı toplanıb.

Qeyd edək ki, iyun ayının 1-nə 7,4 min hektar sahənin taxılı biçilib (hər hektardan 23,7 sentner) 17,5 min ton taxıl məhsulu yığılıb. Keçən ilin müvafiq dövrünə 34,9 min hektar sahədən (hər hektardan 22,4 sentner) 78,0 min ton taxıl məhsulu yığılıb.

Son xəbərlər

Orphus sistemi