Azərbaycanda “Kənd təsərrüfatı ili” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Azərbaycanda “Kənd təsərrüfatı ili” ilə bağlı Tədbirlər Planı təsdiqlənib Nazirlər Kabineti sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir
ASK
3 Aprel , 2015 19:50
Azərbaycanda “Kənd təsərrüfatı ili” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Bu sərəncamın birinci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilib.

Nazirlər Kabineti isə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi