Azərbaycanda kartof və tərəvəz istehsalçılarına ödəniləcək subsidiyanın məbləği açıqlanıb

Azərbaycanda kartof və tərəvəz istehsalçılarına ödəniləcək subsidiyanın məbləği açıqlanıb Gələn il Azərbaycanda kartof və tərəvəz istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 240 manat subsidiya alacaqlar.
ASK
2 Sentyabr , 2019 13:32
Azərbaycanda kartof və tərəvəz istehsalçılarına ödəniləcək subsidiyanın məbləği açıqlanıb

Gələn il Azərbaycanda kartof və tərəvəz istehsalçıları hər hektar əkin sahəsinə görə dövlətdən 240 manat subsidiya alacaqlar.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, kartof və tərəvəz üzrə əmsal 1,2 müəyyən edilib.

Bostan bitkilərinin istehsalçılarına isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya ödəniləcək. Bu bitkilər üzrə əkin əmsalı 1,1 müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi