Yuxarı

Azərbaycanda istifadəsiz qalan torpaqlar haqqında məlumatlar toplanılır

İlin sonuna kimi bu torpaqlar haqqında məlumatlar hökumətə təqdim olunacaq

Bakı. 18 may. REPORT.AZ/ Hazırda Azərbaycan ərazisində faktiki istifadə edilməyən torpaq sahələri ilə bağlı cərimələrin tutulması üçün qanunvericilik bazasına müvafiq dəyişikliklər edilib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyein sözlərinə görə, ilin sonuna qədər belə torpaqlar haqda məlumatlar toplanılacaq: "Artıq Nazirliyin rayon idarələrinə tapşırıq verilib ki, həmin rayonlardakı istifadəsiz torpaqların ümumi sahəsini müəyən etsinlər. Düşünürəm ki, ilin sonuna kimi bu torpaqlar haqqında tam məlumatı toplayıb hökumətə təqdim edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi