​Azərbaycanda istifadə olunmayan torpaqlarla bağlı hökumətə təkliflər verilib

​Azərbaycanda istifadə olunmayan torpaqlarla bağlı hökumətə təkliflər verilib Təkliflər kənd təsərrüfatına yararlı istifadə olunmayan torpaqlara aiddir
ASK
20 May , 2015 12:56
​Azərbaycanda istifadə olunmayan torpaqlarla bağlı hökumətə təkliflər verilib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatına yararlı istifadə olunmayan torpaqlarla bağlı Kənd Təsərrüfatı Nazirliyi hökumətə təkliflər göndərib. 

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev sabah Bakıda işə başlayacaq beynəlxalq qida sənayesi sərgisinə həsr olunmuş bugünkü mətbuat konfransında bildirib.
Nazir müavini deyib ki, əsas məqsəd torpaqlardan istifadə edilməsidir: "Bununla bağlı Nazirlik İnzibati Xətalar Məcəlləsi və digər sahələrdə nəzərdə tutulan tədbirləri Nazirlər Kabinetinə təqdim edib".

İ.Quliyev yaxın vaxtlarda məsələnin həll olunacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi