Azərbaycanda ipəkçiliyin inkişafına dair müzakirələr aparılır

Azərbaycanda ipəkçiliyin inkişafına dair müzakirələr aparılır ASK sədri Məmməd Musayev: "Bu sahənin inkişafı üçün çox böyük imkanlar var"
ASK
12 Fevral , 2016 13:10
Azərbaycanda ipəkçiliyin inkişafına dair müzakirələr aparılır

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün baş nazirin müavini Abid Şərifov Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) sədri Məmməd Musayevi qəbul edib. Bu barədə "Report"a ASK-nın sədri özü məlumat verib.

M.Musayevin sözlərinə görə, görüşdə Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb: "Baş nazirin müavini Abid Şərifovla Azərbaycanda ipəkçilik sənayesinin inkişaf perspektivlərini müzakirə etdik. Düşünürəm ki, bu sahənin inkişafı üçün çox böyük imkanlar var. Bu sahədə Hindistanla da əməkdaşlıq etməkdə maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi