Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək

Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdirilərək onlardan meyvə tingləri əldə olunacaq.
ASK
21 Noyabr , 2018 10:48
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
0 : 00
0 : 00

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə bitki calaqaltıları yetişdirilərək onlardan meyvə tingləri əldə olunacaq.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Dəyər zənciri formasında qurulan istehsalçı-fermer tərəfdaşlığına Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti dəstək verir.

Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində yaradılacaq dəyər zənciri Quba rayonunda fəaliyyət göstərəcək. Nəzərdə tutulan layihənin əsas məqsədi Azərbaycanda ətraf mühitin mənfi təsirlərinə və xəstəliklərə davamlı, intensiv və superintensiv bağçılığın tələblərinə cavab verən meyvə tingləri yetişdirmək və onlardan müasir bağlarının salınmasında istifadə edilməsini genişləndirməkdir. Laboratoriya şəraitində meyvə bitkilərinin calaqaltılarının becərmə texnologiyasını ölkəmizdə də tətbiq etməklə, yerli mühitin iqlim şəraitinə uyğun tinglər əldə edilməsinə nail olunacaq.

Qeyd edək ki, “Quba rayonunda innovativ üsulla meyvə tinglərinin istehsalı” layihəsinin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “Quba Ting MMC” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, müəssisə laboratoriya şəraitində calağaltılar yetişdirəcək və bu calağaltılardan “Meyvə tingləri istehsalçıları” İctimai Birliyinə daxil olan fermerlərin təsərrüfatlarında calaq etməklə meyvə tingləri becəriləcək. Bununla yanaşı, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin xətti ilə dəyər zənciri iştirakçılarına calaqaltı istehsalı üçün laboratoriya və istixananın yaradılması, keyfiyyətli meyvə tingi istehsalı üçün yeni kənd təsərrüfatı texnikasının alınması da nəzərdə tutulub.

Yetişdiriləcək tinglər sahəsində ilkin mərhələdə 50 hektara yaxın meyvə bağınının salınmasında istifadə edilməsi gözlənilir. Eyni zamanda, əldə ediləcək tinglər Quba və ətraf rayon fermerlərinə satılmaqla dəyər zənciri həlqəsinin genişləndirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi