Yuxarı

Azərbaycanda hindquşu ətinin istehsal edilməsi təklif olunur

Bu təkliflə Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev çıxış edib

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanda hindquşu ətinin kütləvi istehsalının təşkil olunması təklif edilir. "Report" xəbər verir ki, belə bir təkliflə Bakıda keçirilən Beynəlxalq Quşçular Forumu çərçivəsində Avrasiya Quşçuluq Assosiasiyasının prezidenti Sergey Şabayev çıxış edib. 

Onun sözlərinə görə, Azərbaycanda hazırda bu növ quş əti demək olar ki, istehsal edilmir. 

"Kim isə bu addımı ilk dəfə atmalıdır. Biz dünən Bakıda keçirilən görüşlər zamanı bu məsələni müzakirə etmişik. Ümid edirik ki, bu forumdan sonra Azərbaycanda hindquşu, qaz, ördək ətinin istehsalı təşkil ediləcək", - deyə S.Şabayev əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi