Azərbaycanda hibrid qarğıdalı toxumları əkilə bilər

Azərbaycanda hibrid qarğıdalı toxumları əkilə bilər Bu təkliflə Fransa Qarğıdalı Federasiyası çıxış edib
ASK
7 Oktyabr , 2016 13:09
Azərbaycanda hibrid qarğıdalı toxumları əkilə bilər

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda hibrid qarğıdalı toxumları sınaqdan keçirilərək əkilə bilər. Bu təkliflə Fransanın regional kənd təsərrüfatı müşaviri Nikolya Perrenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak edən Fransa Qarğıdalı Federasiyasının nümayəndəsi Bakıda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevlə görüş zamanı çıxış edib. 

"Report" xəbər verir ki, o, görüşdə bildirib ki, ölkəsi qarğıdalı toxumu istehsalı üzrə Avropada birinci yerdədir və istehsal olunan toxumun 50%-i Avropa ölkələrinə ixrac olunur, həmçinin toxumun Yaxın Şərq ölkələrinə də ixracına dair təşviqat işi aparılır, təlimlər keçirilir.

Qeyd edək ki, tərəflərin görüşü zamanı Azərbaycan və Fransa heyvandarlıq və quşçuluq sahələrinin inkişafında güclü yem bazası yaradılması məqsədilə qarğıdalı istehsalı, həmçinin üzümçülük və şərabçılıq sahəsində birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirib. Nazir müavini İ.Quliyev Fransanın regional kənd təsərrüfatı müşaviri Nikolya Perrenin rəhbərlik etdiyi nümayəndə heyətinə Fransa iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib. 

İ.Quliyev Fransa ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni hüquqi müstəvidə inkişaf etdiyini deyib.

Nazir müavini Azərbaycanda pambıqçılıq, baramaçılıq, tütünçülük və fındıq istehsalına diqqət yetirildiyi barədə geniş məlumat verib və Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi