Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankı yaradılır

Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankı yaradılır Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankının yaradılmasına başlayıb.
ASK
4 Mart , 2020 16:40
Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankı yaradılır
pexels.com
0 : 00
0 : 00

Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycanda heyvandarlıqla bağlı Toxum Bankının yaradılmasına başlayıb. 

Bu barədə “Report”a İnstitutun direktoru Mahir Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ötən ilin əvvəlindən təhqiqatlar aparılıb və artıq prosesə start verilib. 

“Toxum Bankında genetik fondumuzdan itmək təhlükəsi olan cinslər qorunub-saxlanılacaq. Məqsəd genetik fondu zənginləşdirməkdir. Layihənin tərkib hissəsi olaraq damazlıq kompleksi tikilir”, - o qeyd edib. 

M.Hacıyev onu da əlavə edib ki, hazırda dünyanın 125 ölkəsində Toxum Bankı var. 

Son xəbərlər

Orphus sistemi