Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 13% bahalaşıb

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 13% bahalaşıb Artım 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınıb
ASK
13 İyul , 2017 19:58
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 13% bahalaşıb
Report.az

Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6%, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5% bahalaşıb.

Bu, Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumatda qeyd edilib.

"2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1%, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5% ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3% bahalaşıb. Ay ərzində bitkiçilik məhsullarından lobya, bibər, tərxun, xiyar, pomidor, qarğıdalı, baş soğan, kartof, albalı, alça, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələm, şüyüd, süfrə çuğunduru, baş sarımsaq, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib",- məlumatda bildirilib.

Bundan başqa, iyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşıb, süd və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi