Yuxarı

Azərbaycanda gübrəyə tələbat 17% ödənilir

Ötən il ölkədə gübrə istifadəsi iki dəfə artıb

Bakı. 19 may. REPORT.AZ/ Ötən il Azərbaycanda 152 min ton gübrə istifadə olunub. “Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "WorldFood Azerbaijan 2016" və "CaspianAgro 2016" sərgiləri çərçivəsində təşkil olunan "Məhsul gübrənin törəməsidir" adlı beynəlxalq konfransda kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir bildirib ki, son 2-3 il ərzində aqrar sektorda müsbət istiqamətdə dəyişikliklər baş verib: “İnkişafın yeni mərhələsi başlayıb. Aqrar sektorda mövcud problemlərin həlli və inkişafın şaxələndirilməsi üçün tədbirlər görülür. Pambıqçılıq, ipəkçilik, tütünçülük sahələrinin inkişafına xüsusi diqqət ayrılır. Burada gübrələrdən istifadə və gübrə sahəsində digər problemlərin həll edilməsi üçün toplanmışıq. Alimlərimizin hesablamalarına görə, Azərbaycanın kənd təsərrüfatında gübrəyə olan tələbat 1 mln. ton həcmindədir. Bunun 16-17%-ni ödəyə bilirik. Buna baxmayaraq, gübrələrin sayını artırmağa çalışırıq. Belə ki, 2014-cü ildə 85 min ton gübrə istifadə olunduğu halda, ötən il bu rəqəm 152 min ton olub”.

Dövlətin istehlakçılara göstərdiyi xidmət və güzəştlərdən bəhs edən H.Əsədov texnika, suvarma avadanlıqlarından istifadə, damazlıq heyvanların alınması və digər sahələrdə dövlət tərəfindən 40% güzəştin tətbiq olunduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi