Yuxarı

Azərbaycanda fermerlərə 7,3 mln. manatlıq mineral gübrələr veriləcək

Respublika Komissiyasının qərarı və müvafiq sənədlər Maliyyə Nazirliyinə göndərilib

Bakı. 10 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 70%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, Komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə“ 1 avqust 2014-cü il tarixli 270 nömrəli qərarlarının icrasına uyğun olaraq, 2015-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 70%-nin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir.

Respublika Komissiyası 5 satıcı təşkilat, o cumlədən “Aqrolizinq” ASC, ”Aqrokimya” MMC, “GBR Trade” MMC, “Fito Trade” MMC və “Mikro Az Feed” MMC üzrə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları»nın 1.2, 2.3 və 2.8 maddələrinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 1 avqust 2014-cü il tarixli 270 nömrəli qərarlarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq 12 333 nəfər istehsalçıya 102 215,8 hektara görə güzəştlə satılmış 17 841 ton mineral gübrə üçün 7,28 mln. manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə Respublika Komissiyasının qərarı və müvafiq sənədlər Maliyyə Nazirliyinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi