Azərbaycanda ərzaq itkisinin qarşısının alınmasına dair "Çərçivə Sənədi" hazırlanıb

Azərbaycanda ərzaq itkisinin qarşısının alınmasına dair "Çərçivə Sənədi" hazırlanıb Azərbaycanda “Ərzaq İtkisi və Tullantılarının Qarşısının Alınması, Azaldılması, Monitorinqi üzrə Azərbaycanın Milli Strategiyasına dair Çərçivə Sənədi" (Strategiya) hazırlanıb.
ASK
24 Yanvar , 2023 14:42
Azərbaycanda ərzaq itkisinin qarşısının alınmasına dair Çərçivə Sənədi hazırlanıb

Azərbaycanda “Ərzaq İtkisi və Tullantılarının Qarşısının Alınması, Azaldılması, Monitorinqi üzrə Azərbaycanın Milli Strategiyasına dair Çərçivə Sənədi" (Strategiya) hazırlanıb.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Azərbaycan və Türkiyədəki nümayəndəliklərinin birgə fəaliyyəti çərçivəsində Bakıda təşkil edilmiş regional seminarda bildirib.

Onun sözlərinə görə, sənəd "Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması layihəsi" çərçivəsində tərtib edilib: "Strategiya Hökumətin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün, 2030-cu ilə qədər ərzaq tullantılarını 50 %, eyni zamanda qida təchizatı zənciri boyu ərzaq itkilərini azaltmaq məqsədilə hazırlanıb. 2023-cü ildə Çərçivə Sənədinin təsdiq edilməsi, qida itkisi və tullantılarının qarşısının alınması dair təlim proqramının icrası nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi