Yuxarı
    Bağlamaq

    Azərbaycanda e-kənd təsərrüfatı informasiya sisteminin təqdimatı keçirilib

    Təqdimatda İtaliyanın Abaco Group texnoloji həllər şirkətinin nümayəndələri iştirak ediblər

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində (KTN) Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) həsr edilmiş təqdimat keçirilib. Bu barədə "Report"a Nazirlikdən bildirilib.

    Məlumata görə, təqdimatda nazir Heydər Əsədov, KTN-in idarə və xidmət rəhbərləri, EKTİS xidmət təminatçısı olan İtaliyanın məşhur texnoloji həllər şirkəti "Abaco Group"un və "Caspel" şirkətinin, Avropa İttifaqının nümayəndələri iştirak ediblər. İştirakçılara EKTİS çərçivəsində görülmüş işlər, sistemin komponentləri, ona daxil olan altsistemlər, başa çatdırılmış layihə və mərhələlər barədə məlumat verilib. Daha sonra “Subsidiya və siyasətə dair İnformasiya Sistemi” təqdim edilib. Sistemin Quba rayonunda sınaqdan keçirildiyi və işlək vəziyyətdə olduğu bildirilib.

    Qeyd edilib ki, layihə kənd təsərrüfatı sahəsində məlumatların toplanması və subsidiyaların verilməsini elektron xidmətə keçirmək yolunda atılmış ilk praktiki addımdır. İyul-sentyabr aylarında KTN-in müvafiq qurum əməkdaşlarına beynəlxalq mütəxəssislər təlimlər veriblər və həmin əməkdaşlar qubalı fermerləri, torpaq sahələrini qeydiyyata alıb və müraciətlərə baxaraq, subsidiya ödənişlərinin edilməsi sxemini müəyyənləşdiriblər. Quba rayonunun kənd təsərrüfatı, torpaq sistemi və fermerləri haqqında müfəssəl biliktoplanmasına xidmət edən layihənin daha da təkmilləşdiri- lərək, ölkənin digər regionlarında da tətbiqi barədə fikirlər səsləndirilib.

    H.Əsədov görülmüş işləri təhlil edərək, qeydiyyat sisteminin müfəssəl tərtibi, dolğun məlumat bazasının hazırlanması, sistemin işləməsi üçün lazım olan mühüm istiqamətlərin daha dəqiq müəyyənləşdirilməsi üçün tövsiyələr verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi