​Azərbaycanda əkin sahələrinin istifadə edilməməsi sahəsindəki əsas problemlər müəyyənləşdirilib

​Azərbaycanda əkin sahələrinin istifadə edilməməsi sahəsindəki əsas problemlər müəyyənləşdirilib Hazırda məsələnin həlli üçün təkliflər hazırlanır
ASK
2 May , 2015 12:11
​Azərbaycanda əkin sahələrinin istifadə edilməməsi sahəsindəki əsas problemlər müəyyənləşdirilib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanda istifadəsiz torpaqların əkin dövriyyəsinə daxil edilməsi, onların təyinatına uyğun səmərəli istifadəsi üçün mərkəzi icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmış təkliflərin hazırlanmasına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, bu məqsədlə aparılan araşdırmalar nəticəsində meliorasiya və irriqasiya sistemlərinin köhnəlməsi və nasaz olması, vegetasiya dövründə su çatışmazlığı, qrunt sularının səviyyəsinin qalxması, torpaqların şorlaşması aşkarlanıb.

Kənd təsərrüfatı mütəxəssisləri respublikanın regionlarında araşdırmaları zamanı müəyyən ediblər ki, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, kənd təsərrüfatı məhsullarının satışındakı çətinliklər, dağlıq rayonlarda əlverişsiz relyef şəraiti, pay torpaqlarının yaşayış yerindən uzaqda olması, dəmyə və az məhsuldar əkin sahələrindən istifadə meyillərinin azalması və həmin torpaqların təqribən 30%-nin dincə saxlanılması əkin sahələrinin istifadə edilməməsi sahəsindəki problemlərin əsas səbəbləridir.

Habelə məlum olub ki, kənd təsərrüfatına yararlı torpaqlarda müxtəlif tikinti obyektlərinin tikilməsi, bu sahələrin bir qisminin cəbhə və işğal zonasında yerləşməsi də kənd təsərrüfatına yararlı torpaqların sayının azlığına təsir göstərən mühüm faktlardır.  

Son xəbərlər

Orphus sistemi