Azərbaycanda əkin sahələrinin 91,6 %-də faktiki şum aparılıb

Azərbaycanda əkin sahələrinin 91,6 %-də faktiki şum aparılıb Artıq 27 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 20 rayonda isə faktiki şum göstəricisi 90 %-in üzərindədir
ASK
12 Dekabr , 2020 13:35
Azərbaycanda əkin sahələrinin 91,6 %-də faktiki şum aparılıb

Bu il Azərbaycanda 1 037 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564 793 hektarı suvarılan, 472 714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, dekabrın 12-dək proqnozlaşdırılan əkin sahələrinin 91,6 %-də faktiki şum aparılıb, 838 364,7 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 525 386,5 hektar sahədə buğda, 312 978,2 hektar sahədə arpa səpilib.

Artıq 27 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 20 rayonda isə faktiki şum göstəricisi 90 %-in üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70 220 ha) və Şəki (67 000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45 000 ha), Neftçala (43 000 ha), Şamaxı (42 000 ha), Füzuli (37 000 ha), Ağsu (35 380 ha), Biləsuvar (33 000 ha), Hacıqabul (33 000 ha), Qobustan (32 000 ha), İsmayıllı (30 000 ha), Ağcabədi (28 324 ha) və Sabirabad (25 300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 %-i bu 13 rayonun payına düşür.

Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 36 880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.

Qeyd edək ki, payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin optimal müddətdə yekunlaşması gözlənilir.

Son xəbərlər

Orphus sistemi