Azərbaycanda düyü idxalının yerli istehsalla əvəzləmək üçün tədbirlərə başlanılıb

Azərbaycanda düyü idxalının yerli istehsalla əvəzləmək üçün tədbirlərə başlanılıb Lənkəranda çəltik sahələrində yeni məhsuldar sortlar əkiləcək
ASK
17 İyul , 2016 21:06
Azərbaycanda düyü idxalının yerli istehsalla əvəzləmək üçün tədbirlərə başlanılıb

Lənkəran. 17 iyul. REPORT. AZ/ Lənkəranda çəltik sahələrində yeni məhsuldar sortlar əkiləcək. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd təsərrüfatı layihələri və kreditlərin idarə edilməsi üzrə dövlət xidməti Lənkəranda tərəvəz və çəltikçilik bitkilərinin yeni yüksək məhsuldar sortlarının nümayişi, onların becərmə texnologiyası və toxumçuluğun təşkili mövzusunda elmi-praktik konfrans keçirib.

Konfransda qeyd olunub ki, kənd təsərrüfatını inkişaf etdirmək və bazarda rəqabətə davamlı kəmiyyət və keyfiyyətdə məhsul istehsal etmək üçün dünyada tətbiq olunan qabaqcıl yeniliklərdən yararlanmaq şərtdir. Tədbirdə əhalinin kartof, tərəvəz və bostan məhsulları ilə təminatının müasir vəziyyəti və inkişaf perspektivləri, yeni çəltik sortlarının yerli şəraitdə sınaqdan keçirilməsi və qiymətləndirilməsi, rayonlaşmış və perspektivli tərəvəz sortlarının ilkin toxumçuluğunun təşkili mövzusunda ətraflı məlumat verilib.

Seminar öz işini Lənkəran Bölgə Təcrübə Stansiyasında, həmçinin tərəvəz və çəltik sahəsində davam etdirib. Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev çox böyük valyuta ehtiyatının xaricə getməsi hesabına ildə Azərbaycana 22 min tondan artıq düyü gətirildiyini deyib: “Bizim potensialımız olan yerdə bu prosesin qarşısı alınmalıdır və düyünü özümüz istehsal etməliyik. Bizim məhsulun keyfiyyəti yüksək olduğundan xalq arasında da çox məşhurdur. Amma hələlik kəmiyyət baxımından bu məqbul hesab edilmir.” - deyə bildirib.

Son xəbərlər

Orphus sistemi