Azərbaycanda Ümumdünya Ərzaq Günü qeyd edilib

Azərbaycanda Ümumdünya Ərzaq Günü qeyd edilib Tədbir FAO ilə birgə keçirilib
ASK
16 Oktyabr , 2015 18:27
Azərbaycanda Ümumdünya Ərzaq Günü qeyd edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə Ümumdünya Ərzaq Gününü qeyd edib. "Report"un xəbərinə görə, tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Mustafa İmir, Əmək və Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi və digər səlahiyyətli nümayəndələr çıxış ediblər.

İ.Quliyev Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatının və kənd ərazilərinin inkişaf etdirilməsi sahəsində həyata keçirilən məqsədyönlü siyasət və tədbirlərdən, dövlət dəstəyindən, həmçinin sosial müdafiə sahəsində həyata keçirilən ünvanlı sosial yardım və digər dəstək xidmətlərinin göstərilməsini, aztəminatlı qrupların imkanlarının artırılması istiqamətində həyata keçirilən dəstəkdən danışıb. Nazir müavini bu ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edildiyini və bu sahənin davamlı inkişafının ölkənin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verib.

İ.Quliyev BMT və onun ixtisaslaşmış təşkilatlarla mövcud əməkdaşlıq əlaqələrindən, o cümlədən ərzaq və kənd təsərrüfatı sahəsində BMT-nin nüfuzlu təşkilatı olan FAO ilə Azərbaycan arasında yaradılmış sıx əlaqələrdən danışıb.

FAO-nun nümayəndəsi M.İmir builki "Dünya Ərzaq İli"nin əlamətdar bir ildə keçirildiyini və FAO üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

M. İmir bu günün mahiyyəti, ölkədə həyata keçirilən sosial dəstəkdən, o cümlədən ünvanlı sosial yardım poqramlarının yoxsulluğun azaldılmasında oynadığı əhəımiyyəti vurğularaq, Azərbaycanın minnilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini qeyd edib. Azərbaycan Hökuməti ilə FAO arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələrindən, xüsusilə də cari ildə imzalanmış Tərəfdaşlıq Proqramı barədə danışaraq, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsinə xidmət edəcək FAO-nun ölkədə fəaliyyətinin daha da genişlənəcəyini qeyd edib. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədləri üzrə yeni gündəlikdə əsas hədəflərin yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərinin inteqrasiyası olduğu vurğulayan Nümayəndə yeni inkişaf məqsədlərinə nail olunmasında birgə səylərin göstərilməsinə çağırıb. Tədbirdə 2015-ci ilin BMT tərəfindən "Beynəlxalq Torpaq İli" elan edilməsi, bu sahədə FAO-nun həyata keçirdiyi fəaliyyətlər və tədbirlər barədə danışılıb, bununla əlaqədar FAO tərəfindən "Beynəlxalq Torpaq İli: Torpaq Ehtiyatlarının Dayanıqlı İdarə edilməsində Üzvi Əkinçiliyin rolu" mövzusunda təqdimat keçirilib. 

Son xəbərlər

Orphus sistemi