​Azərbaycanda Dövlət Toxum Fondu yaradılır

​Azərbaycanda Dövlət Toxum Fondu yaradılır Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılıb
ASK
2 Mart , 2015 19:08
​Azərbaycanda Dövlət Toxum Fondu yaradılır

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat artıb.

Dövlət başçısı “Toxumçuluq haqqında” qanunun 15-ci maddəsinin 1-ci abzasına uyğun olaraq ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə qərara alıb ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılsın.

Nazirlər Kabinetinə isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərcləri bölgüsündə 10 milyon manat nəzərdə tutması, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi