​Azərbaycanda dörd kənd təsərrüfatı müəssisəsi birləşdirilib

​Azərbaycanda dörd kənd təsərrüfatı müəssisəsi birləşdirilib Həmin cəmiyyətlərin bazasında vahid şirkət yaradılıb
ASK
3 Fevral , 2016 11:09
​Azərbaycanda dörd kənd təsərrüfatı müəssisəsi birləşdirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Abşeron rayonundakı "Güzdək" MMC - qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi , S.Əliyev adına Südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi, "Qobu" MMC - dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi, habelə Abşeron rayon Meyvə Tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi birləşdirilib. Vergilər Nazirliyindən "Report"a daxil olan xəbərə görə, birləşdirilən müəssisələrin bazasında Kənd Təsərrüfatı Nazirliyinin "Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC yaradılıb.

Bununla əlaqədar olaraq yuxarıda qeyd edilən MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Ləvğetmə Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi,40) iki ay ərzində müraciət etmək olar. Əlaqə telefonları: (050) 400 11 60, (050) 313 42 62, (050) 366 4304, (012) 598 41 30.

Son xəbərlər

Orphus sistemi