Azərbaycanda çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə assosiasiyalar yaradılacaq

Azərbaycanda çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə assosiasiyalar yaradılacaq Bu məsələ Kənd Təsərrüfatı Nazirliyində sahibkarlarla birgə müzakirə edilib
ASK
19 Sentyabr , 2017 09:25
Azərbaycanda çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə assosiasiyalar yaradılacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin sərəncamı və sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində bu sahələrin inkşafı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə tədbir keçirilib. Tədbirdə Nazirliyin məsul işçiləri və müvafiq tabeli qurumlarının rəhbərləri, çay, çəltik və sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar iştirak ediblər.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, tədbirdə nazir müavini İlham Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, ənənəvi sahələrin, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus bitkilərinin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib.

Toplantıda çıxış edən fermer və sahibkarlar çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə əldə olunmuş nailiyyətlərdən danışaraq bu sahələrin dinamik inkişafını təmin etmək üçün subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi, məhsul istehsalı və emalında texniki təminatın yaxşılaşdırılması, toxumçuluğun inkişafının stimullaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və bu sahələrin inkişafı ilə bağlı əsas hədəflərə nail olmaq üçün ictimai əsaslarla hər sahə üzrə assosasiyaların yaradılması barədə öz təkliflərini veriblər.

Tədbirdə qeyd edilən məsələlərin həll edilməsi üçün fermer və sahibkarlara qısa zamanda hər 3 sahə - çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə assosiasiyaların yaradılması barədə təkliflərini tez bir zamanda təqdim etmələri tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi