Azərbaycanda builki pambıq yığımının həcmi 180 min tonu keçib

Azərbaycanda builki pambıq yığımının həcmi 180 min tonu keçib Bakı. 17 noyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 180 713,33 ton məhsul təhvil verilib.
ASK
17 Noyabr , 2017 15:40
Azərbaycanda builki pambıq yığımının həcmi 180 min tonu keçib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 180 713,33 ton məhsul təhvil verilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 1 856,71 tonu ötən gün tədarük olunub.

Qeyd edək ki, bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 413,2 hektar ərazidə çiyid səpilib. Ən çox pambıq Saatlı (17 220 hektar), İmişli (15 641,5 hektar), Sabirabad (15 055 hektar), Biləsuvar (11 351,8 hektar) və Neftçala rayonlarında (11 111 hektar) əkilib.

Son xəbərlər

Orphus sistemi