Azərbaycanda builki pambıq yığımının həcmi 150 min tonu keçib

Azərbaycanda builki pambıq yığımının həcmi 150 min tonu keçib Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 150 948,99 ton məhsul təhvil verilib.
ASK
31 Oktyabr , 2017 17:39
Azərbaycanda builki pambıq yığımının həcmi 150 min tonu keçib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 150 948,99 ton məhsul təhvil verilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

Bu il ölkə üzrə ötən ilə nisbətən 2,7 dəfə çox – 136 413,2 hektar ərazidə çiyid səpilib. Ən çox pambıq Saatlı (17 220 hektar), İmişli (15 641,5 hektar), Sabirabad (15 055 hektar), Biləsuvar (11 351,8 hektar) və Neftçala (11 111 hektar) rayonlarında əkilib.

Son xəbərlər

Orphus sistemi