Azərbaycanda builki pambıq tədarükünün həcmi 228 min tona çatıb

Azərbaycanda builki pambıq tədarükünün həcmi 228 min tona çatıb Bakı. 18 dekabr. REPORT.AZ/ Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 228 003 ton məhsul təhvil verilib.
ASK
18 Dekabr , 2018 17:27
Azərbaycanda builki pambıq tədarükünün həcmi 228 min tona çatıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu günə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 228 003 ton məhsul təhvil verilib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.

Pambıq yığımında Saatlı (30 058 ton), Bərdə (24 962 ton), Ağcabədi (22 825 ton), Biləsuvar (21 773 ton) və Beyləqan (21 281 ton) rayonları irəlidə gedir.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 815 hektar), İmişli (13 645 hektar), Sabirabad (13 055 hektar), Biləsuvar (12 000 hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 630 hektar) və Beyləqan (9 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi