Azərbaycanda baramaçılıq rayonlarının kümçüləri üçün ipəkqurdunun sənaye toxumları axtarılır

Azərbaycanda baramaçılıq rayonlarının kümçüləri üçün ipəkqurdunun sənaye toxumları axtarılır Toxumlar ölkədə baramaçılıq və ipəkçiliyin inkişafı ilə bağlı barama məhsulu istehsalı üçün tələb edilir
ASK
3 Fevral , 2017 16:22
Azərbaycanda baramaçılıq rayonlarının kümçüləri üçün ipəkqurdunun sənaye toxumları axtarılır

Bakı. 3 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondu Azərbaycanda baramaçılıq və ipəkçiliyin inkişafı ilə bağlı barama məhsulu istehsalı məqsədlə ilə baramaçılıq rayonlarının kümçülərinin ipəkqurdunun sənaye toxumları ilə təchiz edilməsi üçün açıq tender elan edib.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 fevral saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə 17 mart saat 17:00-dək Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi,80 ünvanında yerləşən Dövlət Toxum Fonduna təqdim etməlidirlər.

İddiaçıların təklifləri 27 mart saat 11:00-da həmin ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi