Bakı. 18 may. REPORT.AZ/ Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) bu il Azərbaycanda arıçılığın inkişafı üçün yeni layihələr təqdim edib. TİKA-nın proqram əlaqələndiricisi Mustafa Polat "Report"a bildirib ki, builki layihədə Azərbaycana bal analizi laboratoriyasının qurulmasına dəstək göstəriləcək.
Bundan başqa, layihədə arı xəstəlikləri laboratoriyasının qurulmasına dəstək göstərmək, habelə kiçik istehsalçıların ortaq marka yaradaraq bazara çıxmalarına və arıçıların təşkilatlanmasına dəstək göstərilməsi hədəfə alınıb.
Qeyd edək ki, TİKA Azərbaycanda arılar üçün yem mənbələrinin yaradılması Azərbaycan Elmi Tədqiqat Arıçılıq İpəkçilik İnstitutu yanında aparılan arıçılıq və Azərbaycanın arı populyasının gen mənbələrinin toplanması istiqamətində işlərə dəstək göstərəcək. Arılar üçün yem mənbələrinin yaradılması məqsədilə Türkiyədən 15 min ədəd lavanda və 500 ədəd quşüzümü şitilləri may ayında Azərbaycan Elmi Tədqiqat Arıçılıq İpəkçilik İnstitutuna gətiriləcək.
TİKA 2012-ci ildə
Azərbaycanda arıçılıq sahəsində həyata keçirilən layihələrin hər mərhələsində ilk məhsul ilində ailə büdcəsinə aylıq 355 dollar, illik isə 4 260 dollar gəlir daxil olması təmin edilib. Layihə sayəsində illik ümumi gəlir isə 426 min dollar təşkil edib və ildə orta hesabla 16 ton bal hasil edilib.