Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda arıçılıq sahəsində yeni layihənin icrasına başlanılır

    Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə həyata keçirilir

    Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanda arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə başlanılıb.

    Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, layihənin başlanğıc seminarı sabah keçiriləcək. Seminarda layihənin həyata keçirilməsi və nəticələri, arıçılıqda seleksiya-damazlıq işlərinin yaxşılaşdırılması, arıçılığın inkişafı ilə bağlı Türkiyə və dünya təcrübəsi mövzusunda məsələlər müzakirə olunacaq.

    Seminarda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş texniki eksperti Rainer Krell, layihənin beynəlxalq məsləhətçisi Əhməd İnci, TİKA-nın Proqram koordinatoru Mustafa Polat, arıçılıq üzrə alim və mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi