Azərbaycanda aqrar strategiyanın hazırlanması üçün ciddi tədqiqatlar aparılır

Azərbaycanda aqrar strategiyanın hazırlanması üçün ciddi tədqiqatlar aparılır Bu, ölkənin ərzaq təlükəsizliyinin təmin olunması məqsədilə icra edilir
ASK
21 İyun , 2016 19:15
Azərbaycanda aqrar strategiyanın hazırlanması üçün ciddi tədqiqatlar aparılır

Bakı. 21 iyun. REPORT.AZ/ "Azərbaycanda milli iqtisadiyyat və onun əsas sektorlarının gələcəyi ilə bağlı ciddi tədqiqatlar aparılır. Çünki “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” 2025-ci ildən sonrakı dövrün perspektivlərini də əhatə edir. Ona görə də gələcəklə bağlı strategiya proqnozlara əsaslanmalıdır."

Bunu "Report"a açıqlamasında Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, aqrar sektorun özəlliyi onun təkcə idarəetmədən asılı olmamasıdır.

"Aqrar sektor əsasən təbiətdən asılıdır. Hazırda Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkə ərazisinin baş verən iqlim dəyişiklikləri, ölkənin hansı hissəsində yağıntıların azalması, miqdarının nə qədər olması, hansı ərazidə torpağın şoranlaşması, temperaturun artması, torpaqların şoranlaşması, ümumilikdə torpağın vəziyyəti və s. məsələlərlə bağlı ciddi tədqiqatlar aparır. Bundan başqa, ölkədə genişmiqyaslı meliorsiya və irriqasiya işlərinin icra olunması nəzərdə tutulub", - deyə V.Qasımlı bildirib.  

V.Qasımlı əlavə edib ki, BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatının (FAO) da bu sahə üzrə tədqiqatları var və bu, araşdırmalar ərzaq təhlükəsizliyi strategiyasının hazırlanmasına əsas verir. 

Son xəbərlər

Orphus sistemi