Azərbaycanda aqrar sektor ötən il 7,2% böyüyüb

Azərbaycanda aqrar sektor ötən il 7,2% böyüyüb 2019-cu ildə Azərbaycanda 7 836,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
ASK
21 Yanvar , 2020 17:54
Azərbaycanda aqrar sektor ötən il 7,2% böyüyüb

2019-cu ildə Azərbaycanda 7 836,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 7,2% çoxdur.

Ötən il ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 11,7% artaraq 3 751,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5% artaraq 4 085,5 milyon manat olub. 

Son xəbərlər

Orphus sistemi