Azərbaycanda aqrar sektor 4% böyüyüb

Azərbaycanda aqrar sektor 4% böyüyüb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 034,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
ASK
15 Noyabr , 2021 19:02
Azərbaycanda aqrar sektor 4% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 034,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 5,4 % artaraq 4 243,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,7 % artaraq 3 791,1 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi