Azərbaycanda aqrar sektor 3%-dən çox böyüyüb

Azərbaycanda aqrar sektor 3%-dən çox böyüyüb Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 558,1 mln. manat təşkil edib ki, bunun da 542,5 mln. manatı heyvandarlıq, 15,6 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.
ASK
16 Mart , 2018 12:55
Azərbaycanda aqrar sektor 3%-dən çox böyüyüb

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 558,1 mln. manat təşkil edib ki, bunun da 542,5 mln. manatı heyvandarlıq, 15,6 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən bitkiçilik məhsulları üzrə 43,8%, heyvandarlıq məhsulları üzrə isə 2,6% artıb.

Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Martın 1-nə kimi 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə sair bitkilər əkilib.

Təsərrüfatlarda 16,3 min ton və yaxud illik müqayisədə 1,9 dəfə çox tərəvəz məhsulları istehsal edilib.

Quş əti də daxil olmaqla diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 mln. ədəd yumurta istehsal edilib, 2017-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4%, süd istehsalı 1,1%, yumurta istehsalı 1,1% artıb.

Son xəbərlər

Orphus sistemi