Azərbaycanda Amerika ağ kəpənəyi məhv edilir

Azərbaycanda Amerika ağ kəpənəyi məhv edilir Tırıtıllarla mübarizədə hormonal və bioloji preparatlardan istifadə edilir
ASK
18 Avqust , 2015 11:16
Azərbaycanda Amerika ağ kəpənəyi məhv edilir

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan ərazisində Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı məqsədli monitorinqlərə və mübarizə tədbirlərinə start verilib. Dövlət Fitosanitar Nəzarəti Xidmətindən "Report"a verilən məlumata görə, Abşeron yarımadasında, Astara, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında metodikalara uyğun şəkildə monitorinqlər aparılır. Zərərvericinin sayı az olduğu üçün aqrotexniki mübarizə tədbirlərinə üstünlük verilir.

Məlumata görə, Xaçmaz rayonunun Xudat, Yalama, Nabran ərazilərində kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Mübarizə tədbirləri zamanı İtaliya istehsalı olan "SKOUT-285-300" tipli müasir çiləyici aqreqatlardan istifadə edilir. İlk dəfə olaraq Amerika ağ kəpənəyinin tırtıllarına qarşı mübarizədə hormonal və bioloji preparatlar - "Diffuz", "Delfin WG" tətbiq edilir. Bu tip preparatların insan orqanizminə və ətraf mühitə heç bir təhlükə törətmədiyi üçün asanlıqla yaşayış məntəqələri və ətraf ərazilərdə istifadə edilir.

Son xəbərlər

Orphus sistemi