Azərbaycanda "Ağıllı bağ"da günəş panellərindən istifadə edilir

Azərbaycanda "Ağıllı bağ"da günəş panellərindən istifadə edilir Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib.
ASK
14 May , 2020 15:13
Azərbaycanda Ağıllı bağda günəş panellərindən istifadə edilir
0 : 00
0 : 00

Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz və Qubada əkin sahələri və meyvə bağlarına baxış keçirib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazir Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olub. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb və kompüter idarəetməsi tətbiq olunub.

Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becərilir. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. “Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunur. 

Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.

Son xəbərlər

Orphus sistemi