Azərbaycanda 620 min hektarda payızlıq buğda əkilib

Azərbaycanda 620 min hektarda payızlıq buğda əkilib Hazırda ölkədə payızlıq taxıl bitkilərinin əkini davam edir
ASK
2 Fevral , 2017 16:28
Azərbaycanda 620 min hektarda payızlıq buğda əkilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda əkin sahələrində payızlıq taxıl bitkilərinin əkini aparılır. 

"Report"un Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyi məlumata görə, 2017-ci il yanvar ayının 1-nə kimi ölkədə 960 min hektar sahədə payızlıq bitkilər əkilib.

Belə ki, əkin aparılan sahənin 620 min hektarını buğda, 340 min hekatını isə arpa məhsulu təşkil edir.

Qeyd edək ki, regionlarda tarlalarda əkin prosesi hələ davam etdirilir.

Yaxın zamanlarda isə yazlıq əkinin aparılması nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi